Olaf Şolz Vladimir Putinə xəbərdarlıq etdi: "Bunu etmə"
Almaniya kansleri Olaf Şolz NATO sammitindən sonra Rusiyaya Ukraynada kimyəvi silahdan istifadə etməmək barədə xəbərdarlıq edib.
InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Rusiya bu cür silahlardan istifadə etmək üçün saxta bayraq əməliyyatı hazırlasa, bu, bütün qaydaların, razılaşmaların və konvensiyaların pozulması olacaq. Bizim narahatlığımız təkcə bunu qeyd etmək deyil, həm də söhbətlərimizdə xəbərdarlıq etməkdir: bunu etməyin" dedi Şolz bildirib.
Rusiyanın enerji xərclərinin Rusiya rublu valyutasında ödənilməsi ilə bağlı bəyanatına cavab olaraq Şolz, valyuta müqavilələri də daxil olmaqla, detalların artıq müəyyən edildiyini söylədi.
Şolz qeyd edib ki, Almaniya bu il mayeləşdirilmiş təbii qazın (LNG) idxalı üçün terminalların tikintisinə başlayacaq.


