Gürcüstanın üçüncü prezidenti
Mixail Saakaşvili ictimai fəal Samirə Bayramovaya dəstək məktubu yazıb.
InterPress.ge xəbər verir ki, bu barədə Samirə Bayramova öz Facebook səhifəsində qeyd edib.
Keçmiş Prezident Mixeil Saakaşvili məktubda Samirə Bayramovaya dəstək olduğunu və onunla fəxr etdiyini vurğulayıb.
"Səninlə bağlı təəssüratlarımı bölüşməsəm olmazdı. Sən həqiqi qəhrəman və bütün Gürcüstana nümunəsən. Səninlə həmvətən olduğum üçün qürur duyuram. Tezliklə yanında, dəstək olacağıma ümid edirəm",-deyə Mixeil Saakaşvili məktubunda yazıb.
