Martın 25-27-də Qərbi Gürcüstanın əksər ərazilərində və Şərqi Gürcüstanın bəzi rayonlarında yağışlı hava şəraiti gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Havanın temperaturunun gün ərzində aran rayonlarında +7, +12 dərəcə olacağı gözlənilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, martın 25-27-də Tbilisidə yağıntı gözlənilmir. Arabir Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
