24 
Mar
2022
12:52
590

Marneuli məhkəməsi Samirə Bayramovaya şifahi töhmət verdi

Marneuli məhkəməsi ötən həftə Alt-İnfo partiyasının yerli ofisinin pəncərələrinə Ukrayna və Avropa İttifaqının bayraqlarını çəkən fəal Samirə Bayramovaya şifahi töhmət verib.

InterPress.ge xəbər verir ki,  Bayramova ərazinin görkəmini təhrif etməkdə ittiham olunub.

Gənc Hüquqşünaslar Assosiasiyasının hüquqşünası Nana Tğabladze fəalın maraqlarını müdafiə edib.  Onun sözlərinə görə, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi arqumenti tam şəkildə bölüşüb və Samirə Bayramovanı cərimələməyib:

“Pozuntu ilə bağlı protokol martın 15-də tərtib edilib.  “Alt-İnfo” hüquq-mühafizə orqanlarına müraciət edib.  Mübahisə bələdiyyənin inzibati sərhədləri daxilində ərazinin görkəminin təhrif edilməsi ilə bağlı olub.  Bu, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsidir. Bu maddə 50 lari məbləğində cərimə nəzərdə tuturdu.  Qanunun 22-ci maddəsini rəhbər tutmalarını vurğuladıq ki, bu yalnız və yalnız [xırda inzibati xəta] şifahi xəbərdarlığı nəzərdə tutur”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər