Potidə bir gənc öldürülüb
Potidə bir gənc öldürülüb. İstintaqın məlumatına görə, qeyd olunan şəxs tanışı tərəfindən başına küt əşya ilə xəsarət yetirilərək dünyasını dəyişib.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
"Sameqrelo-Zemo Svaneti Polis İdarəsi və DİN-in Poti Şəhər Şöbəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürmə ittihamı ilə 1992-ci il təvəllüdlü şəxsi saxlayıblar.
Cinayət 7 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs mübahisə zəminində 1992-ci il təvəllüdlü şəxsi öz yaşayış evində baş nahiyəsinə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb. 1992- ci təvəllüdlü şəxs aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları cinayətdə təqsirləndirilən şəxsi hadisədən bir neçə dəqiqə sonra Potidə saxlayıblar. Polis hadisə yerindən soyuq silahı sübut kimi götürüb”,- deyə məlumatda qeyd olunub.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırma aparılır.


