24 
Mar
2022
11:13
870

Gürcüstanda un və buğda bahalaşıb: Çörəyin qiyməti arta bilərmi? - AÇIQLAMA

Gürcüstanda un və buğda bahalaşıb. 

InterPress.ge xəbər verir ki, Çörəkçilər Assosiasiyasının rəhbəri Malxaz Dolidze Gürcüstanda çörəyin bahalaşmasını gözləmədiyini bəyan edib.

Malxaz Dolidze deyib ki, hazırda qiymət Rusiyadan gətirilən un hesabına balanslaşdırılıb.

“Hazırda dəyirmanlarda buğda tədarükü ilə bağlı problem yoxdur. Gürcüstanda hazırlanan un bahadır. Məlum səbəblərdən buğdanın qiyməti son vaxtlar daha 40 dollar bahalaşıb. Bunun üzərinə daim artan gömrük rüsumu da əlavə olunur və nəticədə daşınma da daxil olmaqla bir ton buğdanın idxalı 350 dollardan 500 dollara yüksəlib. Rusiyadan gətirilən 1 kisə unun satış qiyməti 65-67 laridir, yerli istehsalda bu, 80 laridir.  Ona görə də bu məlumatlarla çörəyin qiyməti son vaxtlar artmayıb və artması gözlənilmir.

Təbii ki, müharibənin ardınca narahatlıq siqnalları eşidilir.  Avropa Parlamenti ərzaq təhlükəsizliyi ilə bağlı ölkələrə 5 milyard yardım haqqında qətnamə qəbul edib. Yəni, müharibə bütün Avropanı çörək məhsulları ilə təmin edən ölkələrdə olduğu üçün bütün dünya bu problemlə üzləşib.  Biz tərəfdən hər-hansı bir mexanizm lazım gəlsə, yəqin ki, dövlət tərəfindən sığortalanacaq. Bu, qeyri-adi bir vəziyyətdir. İndi Qara dənizdə ticarət gəmilərindən daha çox hərbi gəmilər üzür”, - Malxaz Dolidze bildirib.

Məlumat üçün bildirək ki, Rusiya buğdaya gömrük vergisi tətbiq etdikdən sonra un idxalı artıb. Bu ilin ilk iki ayında Gürcüstana 23 min 57 ton un idxal edilib. Ötən ilin eyni dövründə isə cəmi 2321 ton un idxal olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər