Nika Melia: "Bəli, cəbhə xəttinin haradan keçməsindən asılı olmayaraq, bu müharibə bizim də müharibəmizdir"
"Bəli, bu gün cəbhə xəttinin haradan keçməsindən asılı olmayaraq, bu müharibə bizim də müharibəmizdir, qəhrəmanlar uşaqlarımızı, ailə üzvlərimizi qorumaq üçün Ukraynada olublar" .
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi hava limanında Milli Hərəkatın sədri Nika Melia bildirib.
Melianın sözlərinə görə, o, həm Gürcüstanın adi vətəndaşı, həm də bir gürcü kimi qəhrəmanları yad etməyə gəlib.
“Adi bir Gürcüstan vətəndaşı, bir gürcü kimi mən burada qəhrəmanlara hörmət etmək üçün gəlmişəm. Mən burada bir çox gürcülər kimi, qəhrəmanlara ehtiramını bildirmək üçün gəlmişəm və mən Qiorqi ilə fəxr edirəm, mən Dato ilə fəxr edirəm, onların valideynləri, ailə üzvləri ilə fəxr edirəm. Bəli, bu gün cəbhə xəttinin haradan keçməsindən asılı olmayaraq, bu müharibə bizim də müharibəmizdir, qəhrəmanlar Ukraynada övladlarımızı, ailə üzvlərimizi qorumaq və orada Rusiya Federasiyasının timsalında ən aqressiv, qəddar düşməni məğlub etmək üçün gediblər. Ruhları nurda olsun", - deyib Melia.


