10 
Iyn
2020
11:46
1554

Gürcüstanda koronavirusa yeni yoluxmaların haradan olduqları açıqlandı

"Gürcüstanda aşkar edilən koronavirusun dörd yeni halından biri Tbilisi Saburtalo ilə bağlıdır, ikisi karantin məkanındandır, biri isə, tibbi personaldır".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaian deyib.

Ezuqbaiyanın dediyinə görə, yeni virusa yoluxanlar arasında olanın hansı klinikanın əməkdaşı olduğu onun üçün məlum deyil.

Marina Ezuqbaiya qeyd edir ki, hazırda kovid-mərkəzlərdə 119 pasiyent müalicə olunur.

“Sağalananların sayı yenə də 84 faizdir. Hazırda kovid-mərkəzlərdə 119 pasiyent müalicə olunur. Koronavirusun dörd yeni halından biri Saburtalo ilə bağlıdır, ikisi karantin məkanındandır, biri isə, tibbi personaldır. Tibb işçisi klinikamızın əməkdaşı deyil”, – deyə Ezuqbaiya bildirib.

Bizimlə əlaqə saxlayın