Ukraynada öldürülən gürcü döyüşçülərin cənazələri Gürcüstana gətirilib
Ukraynada öldürülən gürcü döyüşçülər Qiorqi Beriaşvili və Davit Ratianinin cənazələri Gürcüstana gətirilib.
InterPress.ge xəbər verir ki, vətəndaşlar həlak olmuş gürcü döyüşçülərini Tbilisi beynəlxalq hava limanında qarşılayıb, onların xatirəsini ehtiramla yad ediblər.
Vətəndaşlar Gürcüstan və Ukrayna bayraqları və şamlar götürərək orada canlı zəncir düzəldiblər.
Tbilisi beynəlxalq hava limanında Gürcüstan prezidenti Salome Zurabişvili də olub. Zurabişvili həlak olan döyüşçülərin ailələrinə başsağlığı verib. Vətəndaş və müxtəlif siyasi qrupların nümayəndələri orada olublar.
Xatırladaq ki, gürcü əsgərləri Qia Beriaşvili və Davit Ratiani Ukrayna-Rusiya müharibəsində Ukrayna tərəfində, əcnəbi könüllülərdən ibarət dəstənin tərkibində döyüşüblər. Əsgərlər Rusiya qüvvələrinin bombardmanı nəticəsində həlak olub.


