Neft İdxalçıları Birliyinin rəhbəri yanacağın bahalaşmasının səbəbini açıqlayıb
“Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yanacağın qiymətində dönməz artım var”.
InterPress.ge xəbər verir ki, Neft İdxalçıları Birliyinin rəhbəri Vano Mtvralaşvili "Formula 1" ilə telefon danışığında yanacağın qiymətinin artmasının səbəbini izah edib.
Onun sözlərinə görə, müharibə başlayandan yanacağın qiyməti orta hesabla 20% artıb.
“Yanacağın qiymətində dönməz artım var və təbii ki, bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Ona görə də bizdə qiymətlər yüksəkdir. Müqayisə üçün, məsələn, benzinin beynəlxalq qiyməti müharibə başlayandan cəmi bir ay ərzində orta hesabla 20% bahalaşıb. Əlbəttə, başqa mühüm amil də var ki, bu da təəssüf ki, yanacağın qiymətinə mənfi təsir göstərir və o, larinin dollara nisbətdə ucuzlaşmasıdır”, - Mtvralaşvili bildirib.
Məlumat üçün bildirək ki, bu gündən bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 4 larini keçib.


