Tbilisidə yanacağın qiymətinin artırılmasına qarşı aksiya planlaşdırılır
Bazar günü, martın 27-də Tbilisinin Respublika meydanında yanacağın qiymətinin artırılmasına qarşı aksiya planlaşdırılır.
InterPress.ge xəbər verir ki, aksiya Facebook sosial şəbəkəsində “Yanacağın qiymətindən imtina” adlı qrupda planlaşdırılıb.
Aksiya təşkilatçılarından Avtandil Lolaşvili bildirib ki, aksiyanın iki əsas tələbi var:
Hazırda litr üçün 38 tetri olan aksiz vergisi ləğv edilsin;
Əlavə Dəyər Vergisi (ƏDV) mövcud 18%-dən 10%-ə endirilsin;
“Hökumət bu işdə yeganə tənzimləyicidir, ona görə də tələblərimizin ünvançısıdır. Bu dəyişikliklər yanacağın qiymətini 90 tetri və daha çox aşağı sala bilər. Biz dünya bazarında yanacağın qiyməti sabitləşənə qədər müvəqqəti olaraq bu mexanizmləri tələb edirik. Hökumətdən bir müddət bizə köməklik etməyi xahiş edirik", - Lolaşvili bildirib.


