Yanacağın qiyməti rekord həddə bahalaşdı - Yanacaqdoldurma məntəqələrində son qiymət
Martın 23-ü səhər saatlarına olan məlumata görə, Gürcüstanda yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti ən yüksək həddə çatıb.
InterPress.ge xəbər verir ki, Gürcüstanın ən böyük beş şirkətində qiymətlər belə görünür:
Super - 3,89 laridən 4,12 lariyə qədər;
Premium - 3,85 laridən 3,96 lariyə qədər;
Regular - 3,73 laridən 3,80 lariyə qədər;
Dizel - 3,97 laridən 4,13 lariyə qədər.
Brendsiz, kiçik yanacaqdoldurma məntəqələrindən nisbətən ucuza - 15-20 tetri ucuza - yanacaq almaq olar, amma orada da qiymətlər artıb.
Qiymət artımının səbəbi
Cəmi bir ay əvvəl Superin qiyməti orta hesabla 3,30, Premium-un 3,23, Regular-ın 3,14 və Dizel-in 3,17 lari olub.
Rusiya Federasiyasının Ukraynaya elan etdiyi müharibədən sonra yanacağın qiymətləri kəskin şəkildə artıb.
O cümlədən, düz bir ayda qiymətlər 20%-dən çox artıb.
Gürcüstanda yanacağın bahalaşmasının səbəbi bir tərəfdən müharibədən sonra dünyada neftin qiymətinin qalxması, digər tərəfdən isə Qara dənizdə müharibə ilə əlaqədar yükdaşıma xərclərinin artmasıdır.
Martın 23-nə neftin bir barelinin qiyməti 117,25 dollara çatıb.
Qiymət artımlarının yenidən davam edəcəyi ehtimalı var.


