23 
Mar
2022
13:41
302

Güclü külək Kutaisidə problemlər yaratdı

Güclü külək Kutaisidə problemlər yaradıb.  

InterPress.ge xəbər verir ki, şəhər boyu müxtəlif küçələrdə çoxəsrlik ağaclar kökündən çıxıb.

“Tbilisi” mehmanxanasının yaxınlığında ağac avtomobilin üzərinə aşıb. Rustaveli küçəsində ağacın budağı bir nəfərin üzərinə düşüb və o, xəsarət alıb.

Məlumata görə, elektrik xətləri və bir neçə binanın dam örtüyü zədələnib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər