InterPress.ge-nin nəzdində olan IP TV-də veriliş aparmaq istəyənlərin nəzərinə...
InterPress.ge IP TV-də maarifləndirici verilişlər aparmaq istəyənlər üçün imkanlar yaradır.
Əgər sizin aparıcı olmağa həvəsiniz varsa və bunu edəcək bacarığınızın olduğunu düşünürsünüzsə onda bu layihə tam sizin üçündür.
Aparmaq istədiyiniz veriliş müxtəlif mövzularda ola bilər, mədəni, əyləncəli, maarifləndirici, siyasi və sairə.
Verilişin məzmununu ətraflı şəkildə yazıb bizə göndərin. Biz sizin layihənizi dəyərləndirib sizə cavab verəcəyik.
Qeyd edək ki, aşağıdakılar mütləq qeyd olunmalıdır:
1.Layihə (veriliş) neçə ay davam edəcək
2.Veriliş ayda və ya həftədə neçə gün olacaq
3.Verilişin adı
4.Verilişin mövzusu
5. Verilişin məqsədi
6. Verilişin ətraflı məzmunu
Layihə ilə birlikdə CV formanızı da göndərməyiniz xahiş olunur.
Layihənizi Word və ya PDF formasında E-poçt ünvanına göndərin: [email protected]


