Gürcüstana yanacağın idxalı artıb
2022-ci ilin yanvar-fevral aylarında Gürcüstana benzin və dizel yanacağının idxalı 182,5 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün (158,9 min ton) göstəricisindən 23,6 min ton və ya 14,9% çoxdur.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Neft İdxalçıları İttifaqı yayıb.
Onlardan 2022-ci ilin ilk 2 ayında benzin yanacağının idxalı 92,5 min ton, dizel yanacağının idxalı isə 90 min ton təşkil edib.
Kateqoriyalar üzrə 2022-ci ilin yanvar-fevral ayları ərzində benzin yanacağının idxalı aşağıdakı həcmdə olub: A-91 adi tipli benzin - 54,8 min ton (59,2%); A-95 premium tipli benzin - 35,4 min ton (38,3%); A-98 super tipli benzin - 2,3 min ton (2,5%).
Bu ilin yanvar-fevral aylarında benzin və dizel yanacağının ən çox idxalı Rumıniyadan olub - 52,8 min ton, bu da ümumi idxalın 28,9%-ni təşkil edir. Sonra gəlirlər: Bolqarıstan - 35,6 min ton - 19,5%; Azərbaycan - 34,9 min ton - 19,1%; Rusiya - 29,2 min ton - 16%; Türkmənistan - 23,1 min ton - 12,6%; Türkiyə - 3,6 min ton - 2%; Yunanıstan - 2,5 min ton - 1,4%; Seyşel adaları - 0,5 min ton - 0,3%; "Qazaxıstan - 0,3 min ton - 0,2%", - İdxalçılar İttifaqının məlumatında deyilir.


