İrakli Ğaribaşvili: "Prezidentin verdiyi suallara bənd- bənd cavab vermişik"
"Siyasi Şura geniş məktub hazırladı prezidentin verdiyi suallara bənd-bənd cavab vermişik".
lnterPress.ge xəbər verir ki, bu barədə Marneulidə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Konstitusiya Məhkəməsi haqqında” üzvi qanunda nəzərdə tutulan dəyişikliklərin “prezidentə qarşı siyasi qisas” olub-olmadığı sualına cavab verərkən deyib.
Hökumət başçısının qeyd etdiyinə görə, o, artıq bu mövzuya münasibət bildirib.
"Mən fikrimi bildirmişəm, siyasi şura geniş məktub hazırladı, orada ətraflı yazılıb və biz prezidentin verdiyi sualları cavablandırdıq, ona görə də bu mövzu haqqında daha çox danışmaq istəmirəm",- deyə İrakli Ğaribaşvili bildirib.
Məlumat üçün bildirək ki, “Gürcü Arzusu”nun deputatları tərəfindən hazırlanan “Konstitusiya Məhkəməsi haqqında” Üzvi Qanuna dəyişikliklər layihəsi parlament Bürosunun martın 22-də keçiriləcək iclasına çıxarılacaq.
Mövcud qanuna görə, dövlət orqanı başqa orqana qarşı çıxardığı normativ akt əsasında mübahisə qaldıra bilər. Bu da o deməkdir ki, səlahiyyət çərçivəsində yalnız normativ aktdan şikayət verilə bilər.
“Konstitusiya Məhkəməsi haqqında” üzvi qanuna dəyişiklik layihəsinə əsasən, belə mübahisə təkcə normativ akt əsasında deyil, həm də “hərəkət/hərəkətsizlik” əsasında, əgər bir dövlət orqanı digərinin konstitusiya səlahiyyətlərini pozduğunu hesab edərsə, başlana bilər.


