21 
Mar
2022
16:11
326

Baş nazir: "Əhalimizin böyük əksəriyyəti hökumətin atdığı addımları və siyasətini dəstəkləyir"

"Sevindirici haldır ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti hökumətin atdığı addımları və siyasəti dəstəkləyir".

lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili jurnalistlərə açıqlamasında bildirib.

 “Beləliklə, “Qorbi” sorğusunun nəticələrinə görə, əhali Ukraynada davam edən müharibə fonunda Gürcüstan hökumətinin siyasətini müsbət qiymətləndirir”,- deyə baş nazir qeyd edib.

“Sevindirici haldır ki, cəmiyyətimizin böyük əksəriyyəti dövlətimizin atdığı addımları və milli maraqlarımızın müdafiəsi, dövlətçiliyimizin və suverenliyimizin qorunması, eləcə də xalqımızın müdafiəsi ilə bağlı siyasəti dəstəkləyir. Ona görə də şadam ki, atdığımız addımlar cəmiyyətin böyük əksəriyyəti tərəfindən tam şəkildə dəstəklənir”, - deyə İrakli Ğaribaşvili bildirib.

Qeyd edək ki, İmedi TV-nin adından Qorbinin keçirdiyi sorğuya əsasən, “Gürcü arzusu” hökumətinin Ukraynaya könüllü döyüşçülər göndərməkdən imtina edib-etmədiyi və bunun düzgün olub-olmaması ilə bağlı suala respodentlərin 60,5%-i hökumətin düzgün addım atdığını bildirib. Həmin sorğunun nəticələrinə görə, respodentlərin 64,5%-i “Gürcü arzusu” hökumətinin Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaması qərarını düzgün qərar hesab edir. Həmçinin respondentlərin əksəriyyəti, yəni 73,3%-i elan edilmiş məqsədi- Gürcüstanı Rusiya və Ukrayna arasında davam edən müharibəyə cəlb etməmək olan “Gürcü arzusu” hökumətinin siyasətini dəstəkləyir”.

Sorğu martın 10-16-da Gorbi tərəfindən aparılıb. Gürcüstan üzrə 1008 müsahiblə telefonla müsahibə aparılıb. Səhvlik həddi +/- 3%.

Bizimlə əlaqə saxlayın