Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili baş nazir İrakli Ğaribaşvili ilə birlikdə Marneuliyə səfər edib.
InterPress.ge xəbər verir ki, parlament sədri həmvətənlilərini Novruz bayramı münasibətilə təbrik edib.
“Bu günü qeyd edən bütün həmvətənlərimizi təbrik edirəm. Düzdür, bahar günüdür və biz bu bayramı qarda qeyd edirik, amma məncə, bu da maraqlı və simvolikdir.
Sizə sevdiklərinizlə xoşbəxt həyat arzulayıram”, - Şalva Papuaşvili bildirib.
