21 
Mar
2022
15:12
359

Baş nazir etnik azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi

"Mən həmvətənlərimizi, etnik azərbaycanlıları, bütün müsəlmanları Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Marneulidə jurnalistlərə bildirib.

Hökumət başçısı etnik azərbaycanlılara və müsəlmanlara ölkənin yenidən qurulmasına verdikləri töhfəyə görə təşəkkür edib.

“Bu, yeni həyatın, yenilənmənin günüdür və mən hamını bu bayram münasibətilə təbrik etmək istəyirəm. Ailələrinə cansağlığı, firavanlıq, əmin-amanlıq arzulayıram. Bizim üçün müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir.  Biz həmişə ölkəmizin ortaq tarixini yaratmışıq və yaradırıq.  Ona görə də mən hökumətimiz adından hər bir etnik azərbaycanlıya və hər bir müsəlmana ölkəmizin yenidən qurulmasına verdiyi töhfəyə görə təşəkkür etmək istəyirəm", - İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın