21 
Mar
2022
14:47
2229

Milli Ekologiya Agentliyi 22-25 mart tarixlərində havanın necə olacağını açıqladı

Qərbi Gürcüstanda martın 22-23-də əsasən yağışsız hava şəraiti, Şərqi Gürcüstanın bəzi yerlərində isə yağışlı və dumanlı hava şəraitinin davam edəcəyi gözlənilir.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyindən məlumat verilib.

Məlumata əsasən, martın 25-dən paytaxtda yağıntı olmayacaq, havanın temperaturu tədricən yüksələcək.

“Martın 23-də bəzi yerlərdə şərqdən güclü külək əsəcək. Havanın temperaturu gün ərzində Qərbi Gürcüstanın aran rayonlarında +8, +13 dərəcəyədək yüksələcək, Şərqi Gürcüstanın aran rayonlarında isə 2, +7 dərəcə təşkil edəcək. Martın 24-də günün ikinci yarısından başlayaraq yağışlı hava şəraiti gözlənilir.

Tbilisidə martın 22-də havanın soyuq, əsasən yağışsız keçəcəyi, martın 23-də və 24-də qar fırtınası, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə təşkil edəcək.

Martın 25-dən paytaxtda yağıntı olmayacaq, temperatur tədricən yüksələcək”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın