21 
Mar
2022
14:35
300

Ukraynada həlak olan iki Gürcüstan vətəndaşı vətənə gətirilir

Hazırkı mərhələdə Ukraynada həlak olan iki gürcü döyüşçünün - Qia Beriaşvili və Davit Ratianinin vətənə gətirilməsi üçün lazımi proses başlayıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, birinci mərhələdə cəsədlərin Lvova aparılması planlaşdırılır.

Gürcüstanın Ukraynadakı səfirliyi həlak olan Gürcüstan vətəndaşları - Qia Beriaşvili və Davit Ratianinin vətənə gətirilməsi məsələsi üzərində fəal işləyir. Cəsədlərin Lvov şəhərinə aparılması prosesi başlayıb və bu, Ukraynada davam edən hərbi əməliyyatları nəzərə alaraq müəyyən vaxt tələb edir, həlak olan döyüşçülər Polşa vasitəsilə Lvovdan vətənə qaytarılacaq”,- deyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumat üçün bildirək ki, iki gürcü döyüşçü Qia Beriaşvili və Davit Ratiani martın 18-də Kiyevdə həlak olublar. Ukraynadakı gürcü döyüşçülərinin dediyinə görə, İrpinin bombalanmasının ardınca 10-a yaxın gürcü qrupu gəlib. Hücum zamanı bir gürcü və bir fransız könüllü də yaralanıb.

Mediada yayılan məlumata görə, Ratiani və Beriaşvili Gürcüstan Silahlı Qüvvələrinin keçmiş üzvləri olublar və Ukraynada gedən müharibədə könüllü iştirak ediblər.  Onlar 2014-cü ildə Müdafiə Nazirliyini tərk ediblər. Digər gürcü polkovnik Baxva Çikobavaya gəlincə, o, martın 19-da Mariupolda həlak olub.

Bizimlə əlaqə saxlayın