21 
Mar
2022
13:22
494

Sosial Ədalət Mərkəzi vətəndaş fəalı Samirə Bayramovaya öz həmrəyliyini bildirir

Sosial Ədalət Mərkəzi vətəndaş fəalı Samirə Bayramovaya öz həmrəyliyini bildirir.

Bu barədə InterPress.ge-yə adı çəkilən mərkəzdən məlumat verilib.

"Sosial Ədalət Mərkəzi olaraq artıq bir neçə gündür ki, yeni yaranmış ektremist siyasi partiya olan “Konservativ Hərəkat”-ın liderləri tərəfindən şəxsidə və açıq şəkildə təhdidlərə və sıxışdırmalara məruz qalan Samirə Bayramovaya öz həmrəyliyimizi və dəstəyimizi bildiririk. Açıq şəkildə prorus görüşlərə sahib, zorakılıq yönümlüsü partiyanın bu reaksiyaya, Samirə Bayramova tərəfindən onların Marneulidə yeni açılmış ofislərinin Ukrayna və Avropa Birliyinin rənglərinə boyayaraq öz etirazını bildirməsindən sonra baş vurublar. 

Samirə Bayramovaya qarşı şəxsi, asanlıqla müəyyən edilə bilən təhdid, zorakı məzmunundan başqa etnik və cinsi nifrət əlamətləri də daşıyırdı. Bununla yanaşı, iki gün əvvəl bu partiyanın üzvləri tərəfindən Marneulidə VMH-nin ofisinin önündə nümayişkar şəkildə ifadə etdikləri ictimai təhdid, etnik nifaq yaradacaq əlamətləri  daşıyırdı.

Bu gün səhər, böyük ehtimal, elə həmin partiyanın üzvləri 2 gün əvvəl dilə gətirdikləri təhdidi həyata keçirərək VMH-nin ofisinin divarlarını rəngləyiblər və Samirə Bayramovaya cinsiyyətçi məzmunlu təhqirlər ediblər.  Partiya üzvləri provokasiya məqsədiylə və bilə-bilə Samirə Bayramovanın VMH ilə əlaqəli olduğunu bildirirlər, bu isə doğru deyil. Samirə Bayramova bu günədək heç vaxt nə VMH-nin, nə də başqa siyasi partiyanın üzvü olmayıb. O, Gürcüstanda yaşayan azəbaycanlı icmasının, eləcə də qadınların hüquqlarını qorumaq üçün, onların narahatçılığını, problemlərini və maraqlarını üzə çıxarmaq üçün çalışan, Kvemo Kartli regionundan olan yerli müstəqil fəaldır.   

Parlamentdə Daxili İşlər Nazirinin Samirə Bayramovanı qorumaq və işin effektiv şəkildə araşdırılaması üçün hər şey edəcəklərini deməsinə baxmayaraq, polis, konkret müddətdə elan edilmiş təhdidin həyata keçirilməsinin qarşısını ala bilmədi. 

Ümumiyyətlə, son dönəmdə hakimiyyətin bu ekstremist qrupa qarşı hüquqi və siyasi sadiqliyi və onları cəzalandırmaması xüsusilə narahat edici bir durumdur və aydındır ki, bu hərəkətsizlik onların siyasi məsuliyyətinin ilkin şərtlərindəndir. Aydındır ki, hakimiyyət 5-6 iyul tarixlərində həyata keçirilmiş kütləvi zorakılıq halları üçün bu partiyanın liderlərini cəzalanmalarını hələ də təmin etməyib və hazırda Ukraynada gedən müharibənin fonunda, fərqli bölgələrdə onlardan qaynaqlanan qanuna zidd olaylar ( zorakılıq, zorakılıq təhdidi, etnik və dini nifaq yaratmaq) lazımi şəkildə araşdırılmayıb.   

Sosial Ədalət Mərkəzi gündəlik olaraq Samirə Bayramovanın hüquqlarını qorumağa və onun önündə duran bu çətinliyə cavab olaraq, dövlət qurumları və beynəlxalq aktorlarla vaxtında əlaqə yaratmağa çalışır. 

Biz həmçinin, Putin yönlüsü, ekstremist partiya üzvlərininin sıxışdırmalarıyla, zorakılığıyla və təhdidləriylə qarşılaşan, başqa bölgələrdən olan fəallara da öz dəstəyimizi bildiririk. 

Samirə Bayramovanı qeyd-şərtsiz dəstəklədiyimizi bir daha təsdiqləyir və Daxili İşlər Nazirliyini ekstremist partiya üzvləri tərəfindən ona və digər fəallara qarşı təhdidlərin və digər cinayətlərin qarşısının vaxtında və effektiv şəkildə alınmasını təmin etməyə çağırırıq.
Eyni zamanda, hesab edirik ki, ekstremist partiyanın zorakı hərəkətləri, etnik və dini nifaq yarada biləcək çağırışları bütövlükdə bu partiyanın konstitusiyaya uyğunluğunu şübhə altına salır və dövlət tərəfindən daha geniş qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir", - deyə bəyanatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın