Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 368 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 642 242 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 225 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 599 511 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 8 nəfər ölüb və ölənlərin ümumi sayı 16 671 nəfər təşkil edib.
