Samirə Bayramova: "Alt-İnfo ilk hədə-qorxusunu yerinə yetirdi"
“Alt-İnfo” hədə- qorxusunu yerinə yetirdi, Alt- İnfo nümayəndələri VMH Marneuli ofisinin divarını xoşagəlməz vəziyyətə salaraq yazı yazıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Samirə Bayramova Feysbuk sosial şəbəkəsində qeyd edib.
Samirə Bayramovanın yaydığı fotolarda fasadın rəngləndiyi, divarlara fəalın adının qeyd olunduğu, təhqiramiz yazıların yazıldığı və fiqurların çəkildiyi görünür.
“Alt-İnfo ilk təhdidini həyata keçirdi, VMH ofisinə gəldilər və pis vəziyyətə saldılar. Onlar yaxşı bilirlər ki, mən VMH-ın üzvü deyiləm və bu, onların təxribatıdır. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi onların nə qədər təhlükəli olduğunu başa düşəcək", - Samirə Bayramova yazıb.
Daxili İşlər Nazirliyi fəal Samirə Bayramovanın işi üzrə Cinayət Məcəlləsinin hədə-qorxunu nəzərdə tutan 151-ci maddəsi ilə araşdırmalara başlayıb.
Xatırladaq ki, Martın 14-də Bayramova Alt-İnfo partiyasının Marneulidəki ofisini Ukrayna bayrağının rənglərinə boyayıb. Bundan sonra o, təhdid mesajları aldığını bildirir.


