Tbilisinin Sakrebulo sədri və onun üzvləri M.F.Axundov adına muzeyi ziyarət ediblər
Tbilisi Sakrebulo sədri Qiorqi Tğemaladze Sakrebulo üzvləri Otar Qriqoliya, Kaxa Labuçidze və Nino Ruxadze ilə birlikdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə
məlumatı Tbilisi Sakrebulosunun mətbuat xidməti yayıb.
Tbilisinin Sakrebulo sədri Qiorqi Tğemaladze Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Muzeyin direktoru onlara Mirzə Fətəli Axundovun yaradıcılığı barədə məlumat verib. Leyla Əliyevanın qeyd etdiyinə görə, muzeydə Gürcüstan-Azərbaycan dostluq guşəsi fəaliyyət göstərir.
Tbilisi Şəhər Şurasının sədri gürcü və Azərbaycan xalqları arasında çoxəsrlik əlaqələrdən danışıb.
“Biz ənənəvi olaraq Novruz bayramını birlikdə qeyd edirik. Bu gün hamıya sülh və firavanlıq gətirsin. Xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsində çox işlər görən Leyla Əliyevaya xüsusi təşəkkürümü bildirmək istəyirəm”, - Qiorqi Tğemaladze deyib.


