19 
Mar
2022
18:27
667

Ukraynada daha bir Gürcüstan vətəndaşı könüllü döyüşçü həlak oldu

Ukraynada daha bir gürcü döyüşçü öldürülüb. 

InterPress.ge xəbər verir ki, əldə olan məlumata görə, Mariupolda gürcü döyüşçü Baxva Çikobava həlak olub.

“Ukrayna və Gürcüstanın azadlığı uğrunda Mariupolda gedən döyüşlərdə ən cəsur insan polkovnik Baxva Çikobava qəhrəmancasına həlak oldu! Baxva Gürcüstanda gedən bütün müharibələrin iştirakçısı, böyük döyüşçü və ölkə üçün fədakar döyüşçü idi! Ailəsinə, dostlarına, yoldaşlarına, Azov bölməsinə və bütün Gürcüstana başsağlığı verirəm!", - Daxili İşlər Nazirliyinin keçmiş müavini Levan Qvazava Facebook-da

Məlumat üçün bildirək ki, ötən gün Ukraynada iki gürcü döyüşçü Qia Beriaşvili və Davit Ratiani öldürülüb. Ukraynadakı gürcü döyüşçülərinin dediyinə görə, İrpenin bombalanmasının ardınca 10-a yaxın gürcü qrupu gəlib. Hücum zamanı bir gürcü və bir fransız könüllü də yaralanıb. KİV-in məlumatına görə, Ratiani və Beriaşvili Gürcüstan Silahlı Qüvvələrinin keçmiş üzvləri olub və Ukraynada döyüşmək üçün könüllü olublar. Onlar 2014-cü ildə Müdafiə Nazirliyini tərk ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər