Artıq beşinci ildir ki, Finlandiya “ən xoşbəxt ölkə” hesab olunur.
InterPress.ge xəbər verir ki, siyahının başında Skandinaviya ölkələri qərarlaşıb: Danimarka ikinci, İslandiya üçüncü, İsveç və Norveç isə yeddinci və səkkizinci yerdədir.
Statistikanı yaratmaq üçün dünyanın 150-dən çox ölkəsində insanların öz həyatlarını necə qiymətləndirdiyinə dair qlobal sorğunun nəticələrindən istifadə olunur. Sorğuda cinayətin aşağı səviyyəsi, hər bir ölkənin ÜDM-i, sosial dəstək, korrupsiyanın səviyyəsi önəmlidir.
