09 
Iyn
2020
12:21
683

Giorgi Qaxaria: "Epidemiyanın məğlub edilməsi barəsində söhbət erkəndir"

"Biz, bir daha əmin oluruq ki, epidemiyanın məğlub edilməsi barəsində söhbət, ən azından çox erkəndir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstanda bu gün koronavirusun səkkiz yeni halı qeydə alındı, buradan ikisinin ilkin mənbəsi naməlumdur.

“Bu gün ölkədə yoluxmanın səkkiz yeni halı qeydə alındı. Sanki çox deyil, bundan artıq da olub. Təəssüflər olsun ki, səkkiz haldan üçü tibb sahəsinin nümayəndəsidir, Boçorişvili Klinikasının əməkdaşlarıdırlar. Qeyd olunan səkkiz haldan ikisinin ilkin mənbəsi naməlumdur. Faktiki olaraq, bir daha əmin oluruq ki, epidemiyanın məğlub edilməsi barəsində söhbət, ən azından çox erkəndir”, – Qaxariya dedi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər