19 
Mar
2022
13:47
355

Təhsil nazirinin müavini: "Ukraynalı tələbələr Gürcüstanda ali təhsillərini davam etdirə bilərlər"

Ukraynalı tələbələr Gürcüstanda təhsillərini davam etdirə bilərlər. 

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və elm nazirinin müavini Tamar Maxaraşvili açıqlama verib.

Onun verdiyi məlumata görə, qərar ayın sonuna kimi veriləcək.

“Biz bu istiqamətdə də işləyirik. Ölkəmiz dünyanın aparıcı dövlətlərinin yerləşdiyi beynəlxalq şəbəkənin üzvüdür. Bu, üzv olduğumuz vahid Avropa ali təhsil şəbəkəsidir. Bu şəbəkədə digər ölkələrin ali təhsilin tanınması seqmentinə doğru necə irəlilədiyi barədə məlumat paylaşacağımız görüş planlaşdırılır.  Düşünürəm ki, maksimum iki həftə ərzində bu barədə məlumatımız olacaq. İndiki mərhələdə ukraynalı tələbələrin Gürcüstan universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı müraciət olmayıb”.- Tamar Maxaraşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər