18 
Mar
2022
15:12
6714

Gürcüstanda bu tarixdən havalar istiləşəcək

Martın 21-dən Gürcüstanda havalar açılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyinin Monitorinq və Proqnozlaşdırma Mərkəzinin Qısamüddətli Proqnozlar şöbəsinin rəhbəri Dodo Qvazava məlumat verib.

Məlumata görə, Qərbi Gürcüstanda havanın maksimal temperaturu 10-12 dərəcəyə qədər yüksələ bilər.

“Bu həftə əksər rayonlarda yağıntı gözlənilir.  Sahil rayonlarında qar, qar fırtınası, dağlıq ərazilərdə qar yağacaq.  Şərqi Gürcüstanın əksər ərazilərində qar yağacağı gözlənilir. Qərbi Gürcüstanın aran rayonlarında gecə minimal temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək.  Gündüz maksimal temperatur +2;  +7 dərəcə olacaq. Şərqi Gürcüstana gəlincə, gecə temperatur 0 dərəcə daxilində olacaq. Günüz +3;  +4 dərəcə isti olacaq.

Martın 22-23-də ayrı-ayrı rayonlarda yağıntılar kəsiləcək, hava açılacaq. Temperatur yüksələcək.  Qərbi Gürcüstanda martın 21-23-nə baxsaq, maksimal temperatur 10-12 dərəcə ola bilər", - Dodo Qvazava bildirib.

Paytaxta gəlincə, Dodo Qvazavanın izah etdiyinə görə, şaxtanın intensivləşməsi gözlənilmir.  Tbilisidə gecə temperaturu 23-25 mart tarixlərində 0;  -2 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər