18 
Mar
2022
14:01
413

Tbilisidə Moskva küçəsinin adı dəyişdirilə bilər

Fevralın 22-də Tbilisi Şəhər Şurasında qeydə alınan təşəbbüsə əsasən, “Moskva prospekti”nin adı dəyişdirilərək Ukrayna paytaxtının “Kiyev prospekti” adlandırılmalıdır.

lnterPress.ge xəəbər verir ki, bu, artıq Şəhər Şurasının siyasi gündəmində olan və həyata keçirmək imkanı olan yeganə təşəbbüsdür.

 Tbilisidə avqust müharibəsi qurbanlarının adını daşıyan küçələrlə yanaşı, işğalçı və çoxsaylı hərbi təcavüzlərin paytaxtı Moskva adına prospektin olması qəbul edilməz və əxlaqi cəhətdən yanlışdır! Bu prospektin Ukraynanın paytaxtı Kiyev adlandırılmasının əsasında Gürcüstan və Ukrayna dostluğu, strateji tərəfdaşlıq və ümumi dəyərlər dayanır. Mövcud beynəlxalq hadisələri nəzərə alsaq, bu prospektin adının dəyişdirilməsinin vətəndaşlar tərəfindən dəstəklənən Ukraynaya dəstək aktına çevrilməsi aktual və vaxtındadır.

Bizimlə əlaqə saxlayın