18 
Mar
2022
13:31
768

Marneuli meri ilə Yaponiya səfiri arasında müqavilə imzalandı

Marneuli meri Kənan Ömərov və Yaponiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri İmamura Akira tullantıların idarə olunmasının təkmilləşdirilməsi layihəsini imzalayıblar. 

lnterPress.ge xəbər verir ki,  bu barədə Marneuli Bələdiyyəsi məlumat yayıb.

Məlumata görə, şəhər İcra Hakimiyyətinin İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin, İqtisadi İnkişaf İdarəsinin əməkdaşları bu məsələ ilə bağlı fəal iş aparırlar.

“Layihə çərçivəsində əldə edilən qrantla ətraf mühitə və insan sağlamlığına zərər verməmək üçün əlavə olaraq bələdiyyə ərazisində tullantıların vaxtında utilizasiyasını təmin edən tullantı yığan maşın alınacaq.

Yaponiya Səfirliyi tərəfindən Marneuli Bələdiyyəsinə ayrılan qrant məbləği 82 243 ABŞ dollarıdır.

Qeyd edək ki, Marneuli Yaponiya səfirliyinin tullantıların idarə olunması üzrə qrant müsabiqəsi çərçivəsində Yaponiya səfirliyindən maliyyə alacaq 3 bələdiyyədən biridir. Marneuli Bələdiyyəsi göstərdiyi dəstəyə görə Yaponiya səfirliyinə minnətdardır”,- deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər