18 
Mar
2022
11:39
463

Geostat: "Gürcüstanda orta aylıq əmək haqqı artıb"

2021-ci ilin 4-cü rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz (149,1 lari) artaraq 1 463,8 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, aşağıdakı sahələrdə nisbətən yüksək maaşlar müşahidə olunub:

Maliyyə və sığorta fəaliyyəti - 2 431,6 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artıb);

İnformasiya və rabitə - 2 270,2 (3,2 faiz artıb);

Tikinti - 2 209,5 lari (7,2 faiz artıb).

Peşə, elmi və texniki fəaliyyət - 2 133,0 lari (5,5 faiz artıb).

“2021-ci ilin 4-cü rübündə qadınların orta əmək haqqı 1153,6 lari, kişilər üçün isə 1767,9 lari müəyyən edilib.

İllik maaş artımı qadınlarda 131,3 lari (12,8%), kişilərdə isə 186,4 lari (11,8%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sektorlarda kişilərin maaşı qadınların maaşından çox olub.

2021-ci ilin 4-cü rübündə sahibkarlıq sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı 180,9 lari (12,8%) artaraq 1 597,8 lari təşkil edib.

Ən yüksək əmək haqqı incəsənət, əyləncə və istirahət (2502,3 lari (illiklə müqayisədə 18,4 faiz artım), həmçinin peşə, elmi və texniki fəaliyyət (2,394,2 lari, 3,2 faiz artıb) sahələrində sabitlənmişdir.

2021-ci ilin 4-cü rübündə qeyri-kommersiya və maliyyə sektorlarında orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 93,4 lari (8,1%) artaraq 1250,6 lari təşkil edib.

Maliyyə və sığorta fəaliyyətində çalışan işçilər digər fəaliyyət növlərinə görə nisbətən yüksək orta əmək haqqına malikdirlər ",- deyə “Geostat”ın məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın