18 
Mar
2022
10:57
1843

Gürcüstanda dəhşətli qətl hadisəsi: Əvvəlcə öldürdü, daha sonra isə cəsədi yandırdı

Daxili İşlər Nazirliyinin Tbilisi Polisinin İstintaq Baş İdarəsinin əməkdaşları 1990-cı il təvəllüdlü şəxsi qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

lnterPress.ge xəəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisinin Qldani rayonunda 1940-cı il təvəllüdlü qadına küt alətlə xəsarət yetirib, nəticədə o, yerindəcə ölüb. Ağır cinayət törətdikdən sonra o, mənzilindən televizoru götürərək lombarda təhvil vermək istəsə də, buna nail ola bilməyib. O, yenidən hadisə yerinə qayıdıb, izlərini gizlətmək üçün meyiti yandırıb və gizlənib.

Polis hadisədən bir neçə saat sonra araşdırmalar nəticəsində 1990-cı il təvəllüdlü şəxsi saxlayıb. Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 109-cu maddəsinin 3-cü hissəsinin “Q” bəndi ilə istintaq aparılır”, - deyə məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın