18 
Mar
2022
10:35
517

Rusiya və Ukraynadan pul köçürmələri azalıb - STATİSTİKA

Fevralda Gürcüstana pul köçürmələri illik müqayisədə Rusiyadan 12,7%, Ukraynadan isə 31,45% azalıb.  

InterPress.ge xəbər verir ki, Milli Bankın açıqladığı pul köçürmələrinin statistikası bunu sübut edir.

Xüsusilə, Milli Bankın açıqladığı məlumata görə, 2022-ci ilin fevral ayında Rusiya Federasiyasından Gürcüstana 21,94 milyon dollar, Ukraynadan isə 5,08 milyon dollar köçürülüb. Bununla belə, qeyd etmək lazımdır ki, pul köçürmələri aylıq olaraq da azalıb. O cümlədən, 2022-ci ilin yanvar ayında Rusiya Federasiyasından Gürcüstana 22,38 milyon dollar, Ukraynadan isə 5,477 milyon dollar köçürülüb.

Məlumat üçün bildirək ki, 2022-ci ilin fevral ayında ölkə üzrə pul köçürmələrinin həcmi 183,4 milyon ABŞ dolları (551,7 milyon lari) təşkil edib ki, bu da 2021-ci ilin fevral ayının analoji dövrünün göstəricisindən 13,7% (22 milyon ABŞ dolları) çoxdur.

Eyni zamanda, Milli Bankın məlumatına görə, 2022-ci ilin fevral ayında Gürcüstandan xaricə 26,7 milyon ABŞ dolları (80,4 milyon lari) göndərilib ki, bu da 2021-ci ilin fevral ayı (21 milyon ABŞ dolları) ilə müqayisədə 27,5% çoxdur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər