Bolnisinin və Rustavinin azərbaycanlı şagirdlərindən ibarət qrup "Mediaal" layihəsi çərçivəsində aplikasiya yarada bilər
Beynəlxalq müsabiqə "Diamond Challenge" -nin Gürcüstan üzrə finalist qruplarından biri azərbaycanlı şagirdlərdir.
InterPress.ge xəbər verir ki, qeyd olunan qrupun üzvləri Darvaz orta məktəbinin 11 -ci sinif şagirdi Nana Əliyeva , Rustavi 18 saylı orta məktəbinin 10-cu sinif şagirdləri Elvira Məmmədova və Ayşə Bədəlovadır.
Onlar təqdim etdikləri sosial təhsil layihəsi ilə ikinci mərhələyə keçən 11 finalist qrup arasındadırlar. İstedadlı gənclərin təqdim etdiyi „ Mediaal” adlı layihələri mediamarifləndirmə ilə əlaqədardır və qalib gəldikləri təqdirdə ideyalarını həyata keçirmək üçün maliyyə resursu əldə edəcəklər.
Mediaal nədir? "Mediaal" maarifləndirmə haqqında cəmiyyətin məlumatlandırılması məqsədi daşıyan aplikasiyadır. Hərtərəfli həll yolu kimi siz bu proqramdan istifadə edərək media savadlılığı haqqında daha çox məlumat əldə edə bilərsiniz, həmçinin sosial mediada yayılan saxta xəbərləri və profilləri bu aplikasiya vasitəsi ilə müəyyənləşdirərək saxta xəbərlərin qurbanı olmursunuz.
"Aplikasiya əsasən iki funksiyanı yerine yetirəcək. İlk olaraq, bilgiləndirici və insanlar arasında ünsiyyət yaratmaq imkanına malik olacaq. Burada media maarifləndirmə haqqında görüşlər keçirilə bilər. Eləcə də aplikasiya foruma malikdir, sosyal medianın necə daha düzgün istifadə edilməsi haqqında istifadəçilər rahat şəkildə sual soruşub cavab tapa biləcəklər. Ikinci olaraq, bu aplikasiya insanlar tərəfindən aktiv şəkildə istifadə edilən Facebook, Instagram və Twitter sosyal şəbəkələrində yeni özəlliklə meydana çıxacaq. Bu aplikasiyanı istifadə edərək sosial media şəbəkələrində saxta xəbərlərin, saxta profillərin, trolların qarşısı alınacaq” - Darvaz orta məktəbinin 11 -ci sinif şagirdi Nana Əliyeva qeyd edir.
Final 19 mart tarixində Tbilisidə , Alterbrij univerisitetində baş tutacaq və Gürcüstan üzrə qalib 11 finalist qrupdan bir qalib qrup seçiləcək. Qalib qrup isə Amerikaya səyahət edəcək və baş tutacaq əsas finalda Gürcüstanı təmsil edəcəklər. Şagirdlər “ Mediaal” adlı ideayalarını jurilərə təqdim edərək ,tanıdacaqlar. Qalib gəldikləri təqdirdə isə qrant əldə edərək “ Mediaal” adlı aplikasiyanı yaradacaqlar.
“19 martda keçirilən yarımfinalda biz öz ideyamızı təqdim edəcəyik. Təqdimat zamanı bizə bir qrup olaraq bu ideyanın reallaşdırılmaq üçün uyğun olub- olmadığı haqqında fikir bildirəcəklər və sonda 11 finalist qrup arasından Amerikada keçiriləcək əsas finalda iştirak edəcək qrupu seçəcəklər.” – Nana qeyd edir.
Qeyd edək ki, Diamond Challenge təhsil məqsədi daşıyan beynəlxalq müsabiqədir. Bu müsabiqə hər il həyata keçrilir və 9-12-ci sinif şagirdləri iştirak edə bilər. “Diamond Challenge”də IX-XII sinif şagirdlərindən ibarət komandalar sahibkarlıq və sosial maarifləndirici layihələr müsabiqəsində öz aralarında yarışır.
Komandalar müvafiq təlimatlara uyğun olaraq sahibkarlıq və sosial maarifləndirici mövzusunda layihələr hazırlamalıdırlar. Qalib komanda beynəlxalq final mərhələsinin keçirildiyi ABŞ-ın Delaver Universitetinə dəvət olunur. Mükafat fondu isə 100.000 dollardır.


