17 
Mar
2022
21:17
405

Polşanın baş naziri: "Ukraynanı gürcülərdən daha yaxşı kim başa düşəcək?!"

"İrakli Ğaribaşvili məni əmin etdi ki, Gürcüstan bu təcavüzü dayandırmaq, demokratik dəyərləri dəstəkləmək və Ukraynanın azadlığını və suverenliyini dəstəkləmək üçün əlindən gələni edir".

InterPress.ge xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski Batumidə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşdən sonra deyib.

Moraviçkinin sözlərinə görə, Gürcüstan ərazilərinin 20%-i Rusiya tərəfindən işğal olunub və heç kim ukraynalıları gürcülərdən yaxşı başa düşə bilməz.

“Biz bu təcavüzü dayandırmaq üçün əlimizdən gələni etməliyik. Bununla bağlı nə edə bilərik? Polşa Avropa Şurası, Avropa Komissiyası tərəfindən artıq qəbul edilmiş sanksiya paketlərini dərinləşdirmək və Ukraynaya bu barbar yanaşma qəbuledilməz olduğu üçün dağıdılan  bombalanmış hər evə bir sanksiya əlavə etmək təşəbbüsü ilə çıxış edib. Gürcüstanın sanksiyalarda tam iştirak etmədiyi barədə şayiələr var, lakin baş nazir məni əmin etdi ki, Gürcüstan bu təcavüzü dayandırmaq, demokratik dəyərləri qorumaq və Ukraynanın azadlığını və suverenliyini dəstəkləmək üçün əlindən gələni edir. Ukraynanı gürcülərdən daha yaxşı kim başa düşəcək, çünki Abxaziya və Cənubi Osetiya - bu, hazırda işğalçılar tərəfindən zəbt edilən 20 faizdir", - Polşanın baş naziri deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər