17 
Mar
2022
21:00
604

Aleksey Aretoviç: "Nəticələrlə bağlı vətəndaşlarımızı çoxlu xoş sürprizlər gözləyir"

Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna heç bir ərazidən, milli maraqlardan və silahlı qüvvələrin sayından imtina etməyəcək.

InterPress.ge xəbər verir ki, bu barədə
Prezident aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç bildirib.

“Məncə, Rusiya tərəfi sülh razılaşmasına nail olmaq istəyir. Onlar döyüş meydanında məğlubiyyətin nəticələrini və çox narahat edən beynəlxalq sanksiyaları yaxşı bilirlər. Onlar bu sazişin və danışıqlar aktının bağlanması məsələsində çox konstruktiv mövqe tuturlar.

O, Ukrayna ilə Rusiya arasında “sülh müqaviləsi”nin mümkünlüyündən də danışıb.

“Vyana Konvensiyasına əsasən, zorakılıq aktları ilə paralel istənilən danışıqlar və ya razılaşma etibarsız sayılır. Müharibə dayanmayana qədər heç bir razılaşmadan danışmaq mümkün deyil.

Biz nə Ukrayna ərazisindən, nə də millətimizdən, maraqlarımızdan əl çəkməyəcəyik. Bundan başqa, hesab edirəm ki, nəticələrlə bağlı vətəndaşlarımızı çoxlu xoş sürprizlər gözləyir", - Aretoviç bildirib.

O bildirib ki, bu vəziyyətdə Rusiya üçün məqbul olan yeganə şey NATO-nun Ukraynanı alyansa qəbul etməmək istəyidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər