Rusiya prezidenti Vladimir Putin qərbyönlü əhval-ruhiyyədə olan rusları “milli satqınlar” adlandırıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Putin televiziya ilə çıxışı zamanı deyib.
“Qərb beşinci sütuna, milli satqınlara, burada pul qazanıb, orada yaşayanlara arxalanmağa çalışacaq. “Orada həyat” dedikdə, mən sözün coğrafi mənasında yox, onların təfəkkürünü, qul şüurunu nəzərdə tuturam. Bu insanlar gender azadlığı olmadan yaşaya bilməzlər", - deyə Putin bildirib.
