Vladimir Zelenski Rusiya vətəndaşlarına səsləndi
"Dünya Rusiyanın terrorçu dövlətə çevrildiyini rəsmən tanımalıdır".
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Rusiya vətəndaşlarına səslənirəm, Mariupolun mühasirəsi İkinci Dünya Müharibəsi illərində Leninqradın mühasirəsindən nə ilə fərqlənir ?! Kimi nümunə götürürsünüz? Biz öldürülən heç bir canı bağışlamırıq. Bu terrorun bütün qurbanlarına əbədi xatirə!", - Ukrayna prezidenti bildirib.
O, Ukrayna üzərində uçuşa qadağa zonasının elan edilməsinin zəruriliyini bir daha vurğulayıb.
“Qərb liderlərinin, NATO liderlərinin Ukraynanın uçuşa qadağa zonası ilə bağlı müraciətinə müsbət cavab verməsi və ya Ukraynanı lazım olan bu cür təyyarələrlə təmin etməsi üçün işğalçıların daha nə etməli olduğu, daha nə qədər insanın öldürülməsi məlum deyil”, - deyə Zelenski bildirib.


