Marneulidə bu il Novruz bayramı musiqisiz keçiriləcək - AÇIQLAMA
Marneulidə Novruz bayramı bu il fərqli keçiriləcək.
Bu barədə InterPress.ge-yə Marneuli meriyasının mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumatda qeyd olunur ki, bu il Novruz bayramı ilə bağlı tədbir keçiriləcək.
Onların qeyd etdiklərinə görə, tədbirin musiqi hissəsi plandan çıxarılıb.
“Marneuli meriyası tərəfindən hər il olduğu kimi bu il də Marneulidə Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək. Tədbirdən sadəcə musiqi hissəsi çıxarılıb”, - deyə qeyd olunur.
Meriya tərəfindən verilən məlumatda, Novruz bayramının musiqisiz keçirilməsinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, pandemiya başlayandan artıq iki ildir ki, Marneulidə Novruz bayramı qeyd olunmurdu.
Xatırladaq ki, Marneuli meriyası tərəfindən Novruz bayramının keçirilməməsinə etiraz olaraq 2021-ci ildə yerli təşkilatlar tərəfindən Novruz tədbiri keçirilmişdi.


