17 
Mar
2022
10:59
1800

Marneulidə dörd nəfər saxlanıldı

Hüquq-mühafizə orqanları Kvemo Kartlidə 4 narkotik alverçisini saxlayıb, müxtəlif növ narkotik vasitələr sübut kimi götürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları hakimin qərarı ilə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Marneulidə 4 narkotik alverçisini saxlayıblar: 1964-cü il təvəllüdlü R.Ç. və keçmişdə məhkum olmuş - 1957-ci il təvəllüdlü G.N., 1995-ci il təvəllüdlü Q.N. və 1977-ci il təvəllüdlü A.B. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olublar.

Hüquq-mühafizə orqanları tərəfindən hakimin hökmü əsasında təqsirləndirilən şəxslərdən bir neçə dəfə narkotik vasitələrin alınmasına nəzarət və qeyd olunan alışların gizli audio-video çəkilişi həyata keçirilib.

Polis saxlanılan şəxslərin qanunsuz olaraq satdıqları narkotikləri dəlil kimi götürüb.

Təqsirləndirilən şəxslərin üzərindən şəxsi yoxlama nəticəsində tərkibində “heroin”, “kodein” və “morfin” olan narkotik vasitələr də götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1, 3, 4, 5 və 6-cı hissələri ilə külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışı ilə bağlı araşdırma aparılır.

Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın