16 
Mar
2022
23:38
1088

Kiyevdə məhbuslar Gürcüstan hökumətindən kömək istəyirlər

Ukraynanın paytaxtı Kiyevdə məhbuslar Gürcüstan hakimiyyətindən kömək istəyirlər. 

InteetPress.ge xəbər verir ki, Kiyevin mərkəzindəki Lukyanovska istintaq təcridxanasında məhbus olan gürcüstanlı məhbus Qoqita Surmava bildirib ki, onunla birlikdə 100-ə yaxın gürcü məhbus həbsdədir və onların həyatları ciddi təhlükədədir.

Surmava deyir ki, Rusiyanın hava hücumu nəticəsində artıq həbsxananın yaxınlığında çoxlu sayda bombalar atılıb.

“Burada olan, demək olar ki, hamımızın barəsində həbs-qətimkan tədbiri seçilib, bu müddət 2 aya başa çatır – əksər hallarda araşdırmalar hələ də davam edir. Ukrayna qanunlarına görə, bu sanksiya ya həbslə uzadılmalı, ya da azadlığa buraxılmalıdır. Eyni zamanda, təhlükəsizliyimiz sıfıra bərabərdir, üstümüzə bombalar atılır. Biz heç nə edə bilmərik və bizi bombalarla öldürəcəklər? Ola bilsin ki, Gürcüstan hökuməti müəyyən tədbirlər görsün. Əgər bizi burada boş yerə saxlasalar, bizi qanuni şəkildə mühakimə edəcəklər" dedi.

Onun izah etdiyinə görə, gürcü məhbuslar Gürcüstan hakimiyyətindən adekvat cavab tələb edirlər.

“Gürcüstan hökumətindən heç kimin bizimlə əlaqəsi olmayıb. Biri deməlidir ki, burada bizimkilər oturub. Ukraynanın qardaş xalq olduğunu başa düşmək olar, amma mən hesab edirəm ki, biz bu müharibəyə bu qədər qarışıb üstümüzə bomba atmağa layiq deyilik. Bütün Ukraynada vəziyyət belədir - rusların girdiyi şəhərlərdə birlik yaratmaq mümkün deyil. Səfirə zəng edəndə dedilər ki, Xarici İşlər Nazirliyinə zəng edin, ora zəng etdik və  səfirlə əlaqə saxlamağımızı dedilər.Artıq nə edəcəyimi bilmirəm. Burada nə baş verdiyini görməlisniz" dedi Qoqita Surmava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər