Rus işğalçıları Ukraynanın bu şəhərinin merini və onun müavinini əsir götürüblər
Ukraynanın xarici işlər naziri Dmitri Kuleb bildirib ki, ruslar Xerson vilayətinin Skadovski liman şəhərinin meri Aleksandr Yakovlievi və onun müavini Yuri Palyuxu oğurlayıblar.
lnterPress. ge xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün tviter səhifəsində məlumat yayıb.
“Rus işğalçıları Ukraynada demokratik yolla seçilmiş yerli liderləri qaçırmaqda davam edir. Skadovskinin meri Aleksandr Yakovliev və onun müavini Yuri Palyux bu gün oğurlanıb. "Dövlətlər və beynəlxalq təşkilatlar Rusiyadan oğurlanmış bütün Ukrayna rəsmilərini dərhal azad etməyi tələb etməlidirlər", - deyə Kuleb yazıb.
Xatırladaq ki, Rusiya hərbçilərinin Ukrayna rəsmilərini oğurlaması ilk dəfə deyil. Bir neçə gün əvvəl işğalçılar Dneprudnoe şəhərinin meri Yevgeni Matveyevi və Melitopol meri İvan Fedorovu qaçırıblar.


