16 
Mar
2022
16:44
310

Volodimir Zelenski: "Ukraynalılara qarşı törədilən bütün hərbi cinayətlərə görə rus işğalçıları məsuliyyət daşıyır"

''Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan artıq Ukraynadadır, ona görə də ukraynalılara qarşı törədilən bütün hərbi cinayətlərə görə rus işğalçıları məsuliyyət daşıyır''.
 
lnterPress. ge xəbər verir ki, bu barədə  prezident Vladimir Zelenski videomüraciətində bildirib.

''Bu gün mən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla danışdım. O, artıq Ukraynadadır, artıq işə başlayıb.Beləliklə, işğalçılar ukraynalılara qarşı törədilmiş bütün hərbi cinayətlərə görə məsuliyyət daşıyacaqlar", -  deyə Zelenski bildirib.

Bundan əlavə, prezident videomüraciətində vətəndaşları Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin işinin təfərrüatlarını və ya işğalçıların xəritələrini açıqlamamağa çağırıb.

''Əgər düşmənin harada olduğunu və tanklarını, digər zirehli texnikalarını və ya silahlarını harada qoyub getdiyini bilirsinizsə, lütfən, Ukrayna qüvvələrinə məlumat verin. Gəlin hər şeydən qələbəmiz üçün istifadə edək. Bizim hava  müdafiəmizlə bağlı təfərrüatları yaymayın", -  deyə prezident deyib.

O, həmçinin ukraynalıları tərk edilmiş Rusiya avtomobillərində və işğalçılar tərəfindən sındırılmış komanda məntəqələrində tapılan xəritələri dərc etməməyə çağırıb.

Bundan əvvəl Müdafiə Nazirliyi ukraynalıları Ukraynaya planlaşdırılan və ya artıq təhvil verilmiş silah və texnikalar barədə məlumat yaymamağa çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər