Liz Tras: "Putin dünya üçün real təhlükədir"
''Biz nəyin bahasına olursa-olsun Putini dayandırmalıyıq. O dünya üçün real təhlükədir".
lnterPress. ge xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Naziri Liz Tras bildirib.
Böyük Britaniyanın xarici işlər naziri ölkəsinin Rusiya neft və qazının alternativ mənbələrinin axtarışını tamamilə doğru adlandırıb. O, bu sözləri baş nazir Boris Consonun Fars körfəzindən daha çox neft axını təmin etmək üçün Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı liderləri ilə danışıqlar apardığı Körfəz ölkələrinə səfəri ilə paralel olaraq deyib.
Liz Tras əlavə edib ki, Vladimir Putin Avropa təhlükəsizliyini xarabalığa çevirib və Ukraynanı işğal etmək üçün dəhşətli silahlardan və dəhşətli gücdən istifadə edib.
“Putinin öz döyüş maşınını maliyyələşdirməsinin yollarından biri neft və qaz gəlirləridir. “Əlbəttə, mən Səudiyyə Ərəbistanının və ya Birləşmiş Ərəb Əmirliklərinin hər bir siyasəti ilə razı olduğumuzu demirəm, lakin onlar Vladimir Putin kimi qlobal təhlükəsizliyə təhlükə yaratmır”,- deyə Tras bildirib.


