16 
Mar
2022
15:04
353

Ukrayna rəsmiləri daha bir rus generalın Ukrayna Silahlı Qüvvələri tərəfindən öldürüldüyünü bildiriblər

Ukrayna rəsmiləri dördüncü rus generalını öldürdüklərini bildiriblər.

 lnterPress. ge xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko Telegram-da yazıb ki, Ukrayna qüvvələri Mariupolun kənarında gedən gərgin döyüşlər zamanı rusiyalı general-mayor Oleq Mitiayevi öldürüblər.

BBC-nin  bildirdiyinə görə rəsmi Moskva hələlik general-mayorun ölümünilə bağlı rəsmi açıqlama verməyiblər.

Geraşenkonun sözlərinə görə, Mitayev 150-ci motoatıcı diviziyanın komandiri olub.

BBC-nin məlumatına görə, Rusiyanın Ukraynada hərbi işğala rəhbərlik edən 20-yə yaxın general-mayoru var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər