16 
Mar
2022
13:02
408

Gürcüstanda keçiriləcək seçkilərlə bağlı yeniliklər qüvvəyə minəcək

2021-ci ilin uğurlu təcrübəsini nəzərə alaraq, bu il təkrar seçkilərin videoçəkilişi aparılacaq və seçki administrasiyası buna fəal şəkildə hazırlaşır. 

lnterPress.ge xəbər verir ki, bu barədə  Milli Seçki Komisiyyası məlumat  yayıb.
 
Milli Seçki Komisiyyasının bildirdiyinə görə videoçəkilişlə bağlı təlimçilər üçün treninqlər başlayıb.

Təlimçilərdən biri, MSK üzvü İvane Norakidzenin qeyd etdiyinə görə,  seçki prosesinin şəffaflığı üçün səslərin hesablanması prosesinin videoya çəkilməsi və onun qüsursuz aparılması vacibdir.

''MSK-nın üzvü İvane Norakidze və İnformasiya Sistemlərinin İdarə Edilməsi Departamentinin rəhbəri Rostom Qaçeçiladze təlimçilərə bu gün çəkiliş aparmağı tapşırıblar, onlar da öz növbəsində Məntəqə Seçki Komissiyasının müvafiq nümayəndələrinə videoçəkiliş üzrə təlim keçməlidirlər. Bugünkü təlimdə iştirakçılar ətraflı göstərişlər alıb, ötən seçkilərin videoçəkilişi prosesində aşkar edilmiş nöqsanlar və bu kimi halların qarşısının alınması yollarından danışıblar.

Bugünkü iclasda Batumi, Rustavi və Qardabani Dairə Seçki Komissiyalarının nümayəndələri də iştirak edirdilər. Yaxın vaxtlarda məntəqə seçki komissiyalarının nümayəndələrinə videofiksasiya üzrə təlimlər keçiriləcək, onlar birbaşa məntəqə seçki komissiyalarında səslərin hesablanması prosesini videoya çəkəcəklər”, - deyə  MSK-nın məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər