Gürcüstan milli valyutası lari ABŞ dollarına qarşı dəyər itirib.
InterPress.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, sabah 1 dollar 2.9805 lariyə bərabər olacaq.
Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2.9562 lari təşkil edib. Bu günkü məzənnə ilə dollar 0.0243 GEL bahalanıb.
.jpg)