16 
Mar
2022
11:24
3401

Ekspertdən açıqlama: Belə olarsa yanacaq orta hesabla 90 tetri ucuzlaşacaq

''Yanacağa aksiz vergisini dərhal ləğv edin və ƏDV vergisini üzən rejimə keçirin (10%-lə). Bu yanacağın qiymətini orta hesabla 90 tetri aşağı salacaq''.

 lnterPress.ge xəbər verir ki, bu barədə İqtisadçı ekspert Oto Abesadze özünün feysbuk səhifəsində yazıb.

“Yanacağın qiymətinin aşağı salınmasının yeganə mexanizmi belədir;

Yanacağa aksiz vergisini dərhal ləğv edin və ƏDV vergisini üzən rejimə keçirin (10%-lə). Bu yanacağın qiymətini orta hesabla 90 tetri aşağı salacaq.

 Bu qısa müddətdə  (6 ay) işləyəcək və bu müddət ərzində hökumət Aİ-yə namizəd statusu almaq üçün aqressiv işləməli olacaq.

Hökumət kəmərləri sıxmalıdır. Bu islahatla büdcə 4 milyard lariyə qədər vəsait itirəcək və bu yaxşı hesab olunur, çünki bu  inflyasiya fonunda daha az lari xərcləyəcəksiniz.

Uzunmüddətli perspektivdə (+6 ay) neftin bir barelinin qiyməti aşağı düşəcək və sabitləşəcək. Bu zaman vergilər yenidən artırmalıdırlar", -  deyə Abesadze yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər